• cümə axşamı, 07 noyabr, 12:50
  • Baku Bakı 13°C

“Alternativ vasitəçi”yə nə hacət? - ŞƏRH

23.07.21 19:00 1542
“Alternativ vasitəçi”yə nə hacət? - ŞƏRH
Deyəsən, Ermənistanda payız yaydan daha "isti” olacaq
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ötən həftə Ermənistan, Azərbaycan və Gürcüstana səfəri reallaşıb. Bakıda Prezident İlham Əliyevlə görüşən Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanla Ermənistan arasında müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazır olduqlarını bəyan edib. Bildirib ki, Avropa İttifaqı Şurası sərhədlərin delimitasiyası məsələsində Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, monitorinqini etməyə hazırdır.

Minsk qrupunun roluna hörmət
Regional əməkdaşlıqdan söhbət açan Ş.Mişel, dayanıqlı sülhün vacib əhəmiyyət daşımasına da diqqət çəkib. Qeyd edib ki, Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, tərəfləri həvəsləndirmək arzusundadır. Onun sözlərinə görə, dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün gec-tez müzakirə olunacaq mühüm məsələlər var. Avropalı qonaq səfər müddətində həm Azərbaycan Prezidentinə, həm də Ermənistan baş nazirinə sözügedən məsələlərə dair Avropa İttifaqının mümkün qədər müsbət və konstruktiv rol oynamağa hazır olduğunu çatdırıb. Minsk qrupunun oynadığı rola hörmət bəslədiklərini söyləyən Ş.Mişel, regionda dayanıqlı sülhün bərqərar olması naminə mümkün irəliləyişlərə dəstək verməyə hər zaman hazır olduqlarını bir daha bəyan edib.


Dayanıqlı sülhün əldə olunması
Göründüyü kimi, Avropa İttifaqı rəsmisi Azərbaycan və Ermənistana öz vasitəçiliyini təklif edir. Hansı ki, ATƏT-in Minsk qrupunun 27 illik fəaliyyətsizliyi fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 2020-ci ildə 44 günlük Vətən Müharibəsi nəticəsində həllini tapıb, rəsmi Bakı işğal olunan ərazilərin böyük bir hissəsini hərbi yolla azad edib. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli bəyanatla Ermənistan Azərbaycanın digər ərazilərini də azad edib. 2021-ci il yanvarın 11-də yenə də Rusiyanın iştirakı ilə əldə olunan daha bir razılaşma ilə tərəflər kommunikasiyaların açılması və digər məsələlərin həllini tapması istiqamətində hərəkətə keçib. Ermənistanın fəaliyyətsiz Minsk qrupunu yenidən dirçəltmək, prosesə Fransa və ABŞ-ı cəlb etmək cəhdləri uğursuzluğa düçar olub. İndi isə Avropa İttifaqı Şurasının Prezidenti Ş.Mişel Bakıda vasitəçilik təklifləri səsləndirir, ardınca Ermənistana 2,6, Gürcüstana 2,3 milyard avro maliyyə yardımı ayırır. Halbuki münaqişədən ən çox zərər çəkən, 10 min kvadrat kilometr ərazisi dağıdılan, mina və partlamamış döyüş sursatları ilə çirkləndirilən, 1 milyona yaxın əhalisi qaçqın və məcburi köçkünə çevrilən Azərbaycandır. Digər tərəfdən, məgər rəsmi Moskva indiki mərhələdə öz vasitəçilik missiyasını yerinə yetirə bilmir? Rusiyadan fərqli olaraq Avropa İttifaqı Ermənistana təzyiq və təsir göstərib sərhədlərin delimitasiyası, dayanıqlı sülhün əldə olunması, kommunikasiyaların açılması məsələlərini həll edə biləcəkmi? Ümumiyyətlə, "alternativ vasitəçi”yə ehtiyac varmı?


Brüsselin ikibaşlı oyunu
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən politoloq Əlimusa İbrahimovdeyib ki,Avropa İttifaqının yardımı Ermənistan-Rusiya qarşıdurmasını gücləndirəcək.Onun sözlərinə görə,Ş.Mişelin regiona səfəri və Avropa İttifaqı tərəfindən Ermənistaniqtisadiyyatı üçün nəzərəçarpacaq məbləğdəmaliyyə yardımının ayrılmasıhaqqında bəyanat səsləndirməsi birmənalı qarşılanmayıb: "Mütəxəssislər bunu müxtəlif istiqamətlərdə əsaslandırmağa cəhd etdilər. Kimi bunu Avropa İttifaqının Ermənistan qarşısında "günahını yumaq”, kimi ATƏT-in Minsk Qrupunun fəaliyyətini reanimasiya etmək, kimi də Avropanın Ermənistan vasitəsi ilə regionda fəaliyyətiniaktivləşdirmək üçünatılan addım kimi qiymətləndirdi. Müharibə nəticəsində əldən düşmüş,iqtisadi və siyasi kollapsla üz-üzə dayanan Ermənistandan başqa, region dövlətlərindən heç biri Avropanın bu hərəkətindən eyforiyaya qapılmadı. Region dövlətləri Ermənistana edilən bu yardımın region üçün heç də istənilən nəticəni verməyəcəyinin fərqindədirlər. Çünki Ermənistan çoxdan özünü region dövlətlərindən təcrid etmiş vəziyyətdə aparır və qonşu dövlətlərin ərazilərini qəsb etmək məqsədi güdməklə inteqrasiya proseslərinə qoşulmaqda maraqlı olmadığını göstərir. Deməli, Avropa İttifaqınınYerevanamaliyyə yardımı,onun Ermənistanı region ölkələrinə inteqrasiya etməyəcəyini, digər məqsədlərinin də həyata keçirilməsində effektli mexanizm rolunu oynamayacağını Brüsseldə başa düşməmiş deyillər”.


Rusiyanın əleyhinə yönəlib?
Politoloq deyib ki,Avropa ittifaqının Ermənistana maliyyə yardımıməhz Rusiyanın əleyhinə yönəlib. Onun fikrincə, bu yardım məhz Rusiyanın regionda rolunun azaldılmasına və ErmənistanınKremlinnüfuzundan uzaqlaşdırılmasına istiqamətlənib: "AvropaİttifaqıMoskvanınətrafında olan ölkələrlə birlikdə Rusiyaya qarşı mübarizə aparır.Cənubi QafqazdaAvropa İttifaqı və Rusiya qarşıdurması dairəsinə daxil olan regiondur. Avropa İttifaqı Gürcüstan, Ukraynada Rusiya əleyhinə olan qüvvələrin siyahısını Ermənistan vasitəsi ilə daha da genişləndirir.Ermənistanda növbədənkənarparlament seçkilərindən sonra hələbaşnazir kürsüsünə oturmağa imkan tapmamış, Nikol Paşinyan Moskvaya çağırıldı. Bu dəvət heç də Ermənistan-Rusiya münasibətlərinin müzakirə olunması üçün həyata keçirilməmişdi. Rusiyanın əsas məqsədi iqtisadi problemlər içində boğulan Paşinyana Rusiyaya tərəf daha ciddi addımlar atması üçün istiqamət verməkdən ibarət idi. Onun qarşısında maliyyə yardımı qarşılığında Rusiyameylli qüvvələrin hakimiyyətdə təmsil olmasına şərait yaratmaq kimi vəzifə qoyulmuşdu. Bu vəziyyəti başa düşən Avropa İttifaqı öz yardımı iləYerevanın yanına tələsdi və 2.6 milyardavro ilə ErmənistanıRusiyanın məngənəsindən çıxarmağa cəhd etdi.Artıq Rusiyanın Avropa ittifaqının bu addımını neytrallaşdırmaq istiqamətində tədbirlər görməyə başlaması haqqında xəbərlər gəlməkdədir. Deyəsən, Ermənistanda payız yaydan daha "isti” olacaq”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər