• cümə, 29 Mart, 05:23
  • Baku Bakı 7°C

Alpaqut Turan döyüş sənəti üzrə açıq Şəmkir turniri başa çatıb

10.02.19 16:49 768
Alpaqut Turan döyüş sənəti üzrə açıq Şəmkir turniri başa çatıb
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edilmiş Alpaqut Turan döyüş sənəti üzrə açıq Şəmkir turniri başa çatıb.
Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq QasımovunAZƏRTAC-a verdiyi məlumata görə, yarışda ölkəmizin müxtəlif bölgələrindən ümumilikdə 19 komandanın tərkibində 241 idmançı mübarizə aparıb. Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər Alpaqut Turan döyüş sənətinin aypara, batur, caymaz, qurşaq sistemləri üzrə qüvvələrini sınayıblar.
Yekun nəticələrə görə komanda hesabında aypara sistemində Sabunçu, Ağdam və Suraxanı rayonlarının komandaları ilk üçlükdə yer alıblar. Batur sistemində Şəmkir, Laçın və Ağcabədi rayonlarının idmançıları fərqləniblər. Caymazda birinci yeri "Arktika” klubunun yetirmələri tutublar. İkinci və üçüncü yerlərə Mingəçevir və Kəlbəcər komandaları layiq görülüblər. Gurşaq sistemində isə ilk yerdə Laçın rayonunun komandası qərarlaşıb. Şəmkir və Ağcabədi komandaları isə sonrakı iki yeri tutublar.
Qaliblərə Şəmkir Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallar təqdim edilib.
banner

Oxşar Xəbərlər