• cümə axşamı, 28 mart, 14:08
  • Baku Bakı 16°C

Almazbek Atambayev saxlanılıb

08.08.19 20:20 10459
Almazbek Atambayev saxlanılıb
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb.
APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, sabiq Prezident özü təslim olub.
Qırğızıstan Sosial Demokrat Partiyasının nümayəndəsi Kunduz Joldubayeva və A. Atambayevin tərəfdarı Fərid Niyazov sabiq Prezidentlə birlikdədir.
A. Atambayevin vəkili bildirib ki, keçmiş Prezidentin hara aparıldığındanxəbərsizdir.
Qırğızıstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, A. Atambayev NazirliyinBaş İstintaq İdarəsinə təhvil verilib.
banner

Oxşar Xəbərlər