Almanlara dərs deyən azərbaycanlı müəllim- Uğur hekayəsi
Zəhmətin bütün uğurların açarı olduğuna inanır.
Deyir ki, hər bir nailiyyət böyük zəhmətin nəticəsidir. Əgər bir insan
qarşısına məqsəd qoyub o yolla hərəkət edirsə, dünyanın hansı ölkəsində olursa
olsun, uğur qazana biləcək. Ona görə, cəmiyyətə faydalı, ən əsası insani
keyfiyyətləri yaxşı olan insan, uğurlu insandır.
Müsahibimiz Almaniyanın Bohum şəhərindəki Ruhr Universitetinin dosenti, İqtisadi İnkişaf və Siyasət İnstitutunun baş elmi işçisi, İngiltərənin Kambridg Universitetində təhlükəsizlik iqtisadiyyatı qrupunun rəhbəri, Cənubi Afrikanın Cape-Tovn şəhərindəki Cape Universitetinin qonaq dosenti Elxan Sadıqzadədir. Həmsöhbətimiz həm də çoxsaylı elmi konfransların əsas iştirakçısı, tanınmış elmi jurnallarda çap olunmuş məqalələrin müəllifidir.
Bakıdakı Avropa Liseyini bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 3-cü kursdan Almaniyanın təqaüdü ilə oranın ən böyük universitetlərindən biri olan Ruhrda təhsil alıb. Almaniyada bir il oxuduqdan sonra Bakıya qayıdıb və İqtisad Universitetini qırmızı diplomla bitirib. Yenidən Almaniyaya gedib və ixtisası üzrə tam təhsil alıb. 2008-ci ildən etibarən doktoranturada oxumağa başlayıb və ən yüksək göstərici ilə bitirib: "Bu, çox nadir hallarda olur. Almaniyada doktoranturanı yüksək göstərici ilə bitirənlər olur, amma ən yüksək göstərici nadir hallarda olur. Bu, bizim qızıl medala uyğun nəticədir. 2011-ci ildən Almaniyanın İqtisadi İnkişaf İnstitutunda dərs deməyə başladım. Universitetdə sosial elmlərdə empirik metodlar, iqtisadi inkişaf siyasəti, artım və inkişaf iqtisadiyyatı, statistik məlumat bazalarının toplanması fənlərindən dərs deyirəm. Artıq 7 ildir ki, orada müəllim kimi fəaliyyət göstərirəm”.
- Düzünü desəm, xaricdə oxumaq məqsədim yox idi.
Bakıda kifayət qədər yaxşı təhsil almaq imkanlarım olub. Əldə etdiyim bütün nəticələr
Bakıda İqtisad Universitetində başladığım yolun nəticəsidir. İqtisadi nəzəriyyə
müəllimim Asiman Quliyev həyatımda böyük rol oynayıb. Mənə iqtisad elminə
sevgini aşılayıb. Məhz bu sevgiyə görə, vaxtımı iqtisadiyyata həsr etdim.
Bakıda təhsil alanda düşünürdüm ki, xarici təcrübə daha da yaxşı ola bilər.
Yeni bir mədəniyyət, yeni insanlar dünyagörüşünə təsir edir, dəyişir. Təqaüdə
baş vurdum və qazandım. Amma bu o demək deyil ki, bizim təhsil müəssisələri rəqabətə
davamlı deyil. Oxumaq, təhsil almaq istəyən insan hər yerdə alır. Məsələn,
Almaniyada da tələbələr təhsil almaq üçün fərqli ölkələrə yollanırlar. Xaricdə
təhsil bir insanın inkişafında həm elmi, həm sosial cəhətdən müsbət rol
oynayır. Hazırda Almaniyada işimi davam etdirsəm də, Azərbaycanla akademik əlaqələrimi
kəsməmişəm.
- Düzdür, mənim sahəmdə nəinki iqtisadçı, nazirliklərdə
statistika komitəsində tək araşdırma ilə məşğul olan insanlar da var. Ancaq mənim
üçün şəxsən universitet müəllimliyinin xüsusi önəmi var. Bu, mənə çox cəlbedici
gəlir. Müəllim olmaq iqtisadiyyata olan sevgini auditoriya zalında bölüşmək
imkanı verir. Siz sevdiyiniz sahənin incəliklərindən danışır, müzakirə aparır və
öyrədirsiniz. Auditoriyada fənn sevgisindən yaranan pozitiv emosiyalar axını məni
özünə cəlb edir. Müəllim olmaq sənə tələbələrlə birgə fikir mübadiləsi aparmağa
və onları da həvəsləndirməyə imkan verir. Bununla da həm elmə, həm də özünə
töhfə vermiş olursan. Müəllimlik mənə hər şeydən əvvəl ona görə maraqlı idi ki,
digər insanlara müsbət təsir göstərə bilirəm, ikincisi və ən əsası isə bu işi
görərkən həzz alıram.
- Azərbaycanlı müəllimin almanlara dərs deməsi tələbələr tərəfindən necə qarşılandı? Fərqli ölkədə auditoriya qarşısına çıxmaq asan deyil.
- Bu vaxta qədər çətinliyim olmayıb. Tələbələr dərsimdə ilk andan çox böyük hörmət və diqqətlə iştirak ediblər. Sadəcə, bu, mənim üçün çox böyük məsuliyyət deməkdir. Hər dəfə auditoriyaya girdikdə, azərbaycanlı olaraq düşünürəm ki, işimi mükəmməl görməliyəm. Ona görə yox ki, öz imicimi formalaşdırıram. Düşünürəm ki, əgər yaxşı nümunə olmasam, həm də öz ölkəmi yaxşı təmsil etməmiş oluram. Bəzən düşünürəm ki, burada daha çox azərbaycanlıyam nəinki öz ölkəmdə. Azərbaycanda yaşadıqda öz həmvətənlərimlə bir yerdə idim. Hər dəfə təmsil etmək, səfir olmaq, imici qorumaq məsələsi qarşımda durmurdu. Amma burda hər an və ən əsası auditoriyaya girəndə fikirləşirəm ki, mən gərək azərbaycanlılığımı elə göstərim ki, qarşımdakı desin ki, bizim Azərbaycan kökənli müəllimimiz yaxşı, savadlı müəllimdir.
- Mənim bir fəlsəfəm var - professor, müəllim,
dosent kimi insanların işi tələbələrə dərs keçmək, onlara xidmət göstərməkdir.
Həmişə tələbələrlə bərabər müstəvidə danışmaq istəyirəm. Onlara əvvəlcədən
deyirəm ki, biz sizə xidmət göstəririk. Mənə elə gəlir ki, tələbələrim mənim dərs
keçməyimi bəyənir, ünsiyyət qurmağımı yaxşı qarşılayırlar. Çünki keyfiyyətli tədris
və insani münasibət hər bir ölkədə tələbə üçün daha cəlbedicidir.
- Bəli. Bu, təkcə tələbədən yox, yaxşı müəllimdən də
asılıdır. Müəllim gərək elə etsin ki, tədris, dərs tələbə üçün maraqlı olsun,
onu incitməsin. Məsələn, bizim hobbilərimiz olur və onlara sərf etdiyimiz
vaxtdan həzz alırıq. Müəllimin vəzifəsi odur ki, dərsi tələbələrə hobbi kimi
sevdirsin. Bu olarsa, artıq maddi cəhət arxa plana keçir. Məsələn, mənə
iqtisadiyyatı müəllimlərim sevdirib. Elə müəllim kimi fəaliyyətimdə öyrətməyə
maraqlı olmağımda da müəllimlərimin rolu çoxdur.
- Azərbaycanda olanda inkişaf etmiş ölkələr
haqqında düşünürdüm ki, orada hansısa fövqəltəbii mühit var və o mühitin
insanları fərqlidirlər. Mən bir şeyi başa düşmüşəm. Hər bir nailiyyət, istər
ölkə, istərsə də insan səviyyəsində böyük zəhmətin nəticəsidir. Zəhmət çəkən
insan istənilən ölkə və mühitdə fərqli nəticələr əldə edə bilər. Almaniya ölkə
olaraq inanılmaz iqtisadiyyata malikdir. Bununla yanaşı, müşahidə edirəm ki,
alman insanı iqtisadi inkişaf, rifaha baxmayaraq, çox böyük zəhmətlə yaşayır. Mən
də bir azərbaycanlı olaraq, Azərbaycanda nə qədər çox işləyirdimsə, burada
ondan da çox işləməyə başladım. İşləyə-işləyə gördüm ki, mənim nəticələrim,
burada doğulub böyüyən insanlarınkından yaxşıdır. Başa düşdüm ki, əslində fövqəltəbii
heç nə yoxdur. Bir azərbaycanlı olaraq mən hər şeyə qadirəm. Zəhmətimin, Azərbaycanda
mənə verilən baza təhsili, riyaziyyat biliklərim nəticəsində uğurlar əldə edə
bildim. Biz bir ölkə olaraq çox böyük nəticələr əldə etməyə qadirik. Bunu mən
Almaniyada öyrəndim.
- Mən bunu təkcə gənclərə aid etmirəm. Hər şeydən əvvəl
böyüklərə, müəllimlərə demək istərdim ki, əgər gənclər, tələbələr belə bir
fikir səsləndirirlərsə, bu, müəllimlərin səhvidir. Deməli, biz nəyisə düzgün
etməmişik. Biz bazar iqtisadiyyatına yeni başlamışıq, ümid edirəm ki, 10 ildən
sonra belə sədaları eşitmərik. Zəhmət, məqsəd hər şeyin açarıdır.
- Bir işlə məşğul olanda əslində məqsədim hamıdan
yaxşı olmaq olmur. Sevdiyim işlə məşğul olduqda, daha çox uğur əldə edirəm. O
işi ən yaxşı şəkildə etmək üçün deyil, özümə maraqlı olduğu üçün görürəm və
özümü xoşbəxt hiss edirəm. Ən əsası, Almaniyada Azərbaycan təmsilçisi olaraq,
bir işi görməzdən öncə iki dəfə düşünürəm, bir dəfə özüm üçün, bir dəfə Azərbaycanı
təmsil edən Elxan üçün... Xüsusilə milliyyətçiliyin artdığı bir vaxtda Azərbaycanı
yaxşı təmsil etmək mənim üçün ikiqat vacibdir. Məni böyüdən valideynlərimlə
yanaşı, nənəm Lətifə İmanova tərbiyəmdə böyük rol oynayıb. O, həmişə mənə
deyirdi ki, sən Almaniyaya gedirsən, düşün ki, Azərbaycanı orada təmsil edəcəksən.
Yaxşı təmsil etmək sənin vəzifəndir. Bu sözlər mənim həmişə qulağımdadır.
- Mənim üçün uğurlu insan hər şeydən əvvəl yaxşı
insandır. Cəmiyyət üçün ziyan verməyən və faydalı olan insanı uğurlu hesab etmək
olar.
Aygün ƏZİZ
Müsahibimiz Almaniyanın Bohum şəhərindəki Ruhr Universitetinin dosenti, İqtisadi İnkişaf və Siyasət İnstitutunun baş elmi işçisi, İngiltərənin Kambridg Universitetində təhlükəsizlik iqtisadiyyatı qrupunun rəhbəri, Cənubi Afrikanın Cape-Tovn şəhərindəki Cape Universitetinin qonaq dosenti Elxan Sadıqzadədir. Həmsöhbətimiz həm də çoxsaylı elmi konfransların əsas iştirakçısı, tanınmış elmi jurnallarda çap olunmuş məqalələrin müəllifidir.
Bakıdakı Avropa Liseyini bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 3-cü kursdan Almaniyanın təqaüdü ilə oranın ən böyük universitetlərindən biri olan Ruhrda təhsil alıb. Almaniyada bir il oxuduqdan sonra Bakıya qayıdıb və İqtisad Universitetini qırmızı diplomla bitirib. Yenidən Almaniyaya gedib və ixtisası üzrə tam təhsil alıb. 2008-ci ildən etibarən doktoranturada oxumağa başlayıb və ən yüksək göstərici ilə bitirib: "Bu, çox nadir hallarda olur. Almaniyada doktoranturanı yüksək göstərici ilə bitirənlər olur, amma ən yüksək göstərici nadir hallarda olur. Bu, bizim qızıl medala uyğun nəticədir. 2011-ci ildən Almaniyanın İqtisadi İnkişaf İnstitutunda dərs deməyə başladım. Universitetdə sosial elmlərdə empirik metodlar, iqtisadi inkişaf siyasəti, artım və inkişaf iqtisadiyyatı, statistik məlumat bazalarının toplanması fənlərindən dərs deyirəm. Artıq 7 ildir ki, orada müəllim kimi fəaliyyət göstərirəm”.
- Elxan bəy,
Almaniyada universitet vaxtı aldığınız bir illik təhsil həyatınızı dəyişib. Bu,
necə baş verdi?
- Bəs müəllim olmağa
necə qərar verdiniz? Peşəkar iqtisadçı da ola bilərdiniz…
- Azərbaycanlı müəllimin almanlara dərs deməsi tələbələr tərəfindən necə qarşılandı? Fərqli ölkədə auditoriya qarşısına çıxmaq asan deyil.
- Bu vaxta qədər çətinliyim olmayıb. Tələbələr dərsimdə ilk andan çox böyük hörmət və diqqətlə iştirak ediblər. Sadəcə, bu, mənim üçün çox böyük məsuliyyət deməkdir. Hər dəfə auditoriyaya girdikdə, azərbaycanlı olaraq düşünürəm ki, işimi mükəmməl görməliyəm. Ona görə yox ki, öz imicimi formalaşdırıram. Düşünürəm ki, əgər yaxşı nümunə olmasam, həm də öz ölkəmi yaxşı təmsil etməmiş oluram. Bəzən düşünürəm ki, burada daha çox azərbaycanlıyam nəinki öz ölkəmdə. Azərbaycanda yaşadıqda öz həmvətənlərimlə bir yerdə idim. Hər dəfə təmsil etmək, səfir olmaq, imici qorumaq məsələsi qarşımda durmurdu. Amma burda hər an və ən əsası auditoriyaya girəndə fikirləşirəm ki, mən gərək azərbaycanlılığımı elə göstərim ki, qarşımdakı desin ki, bizim Azərbaycan kökənli müəllimimiz yaxşı, savadlı müəllimdir.
- Sizcə, alman tələbələri
azərbaycanlı müəllimi sevirmi?
- Alman tələbələrində
gördüyünüz hansı xüsusiyyətin Azərbaycan tələbələrində olmasını istərdiniz?
- Mənə elə gəlir ki, Azərbaycan və alman tələbələri
bir-birindən çox fərqli deyil. Sadəcə, mən Azərbaycanda həddindən artıq elm
vurğunu, elm fanatiki olan tələbələr görmüşəm. Almaniyada isə belə deyil. Bu
ölkədə yaxşı oxuyanlar bu işin karyera aspektinə daha çox fokuslanırlar. Bizdə
isə oxuyan tələbələri karyeradan çox elm vurğunluğu cəlb edir. Əgər bir sənəti
seviblərsə, onu sevə-sevə oxuyurlar və həmin an üçün karyera, daha çox pul
qazanmaq haqqında düşünmürlər. Bu, çox yaxşı xüsusiyyətdir. Yəni təhsil alarkən,
harada ki, pul çoxdur o sahəyə fokuslanmamalı, daha çox sevdikləri sahə
haqqında fikirləşməklərini istəyirəm. Özlərini mükəmməlləşdirməyə yönəltsələr,
karyera və pul daha sonra gələcək.
- Sizcə, ixtisasa
sevgi müəllimdən asılı deyilmi?
- Bəs almanlardan öyrəndiyiniz
nədir? Alman mühitində işləmək sizə nə qazandırıb?
- Dediniz ki, zəhmətimin
bəhrəsini görürəm. Amma bəziləri düşünür ki, pul yoxdursa, zəhmət çəkməklə heç
nə əldə edə bilmərəm. Bu təcrübəni keçən insan və müəllim kimi nə demək istərdiniz?
- Elxan bəy, CV-ə nəzər
yetirdikdə görürük ki, mükəmməlliyyətçisiniz. Nəyə görə hər şeyin ən yaxşısını
etmək istəyirsiniz?
- Uğur sirriniz nədir?
Aygün ƏZİZ