• cümə, 19 Aprel, 04:11
  • Baku Bakı 18°C

Almaniyanın XİN rəhbəri Merkeli ABŞ-a “kor-koranə itaət“ etməsinə görə sərt tənqid edib

27.08.17 11:45 559
Almaniyanın XİN rəhbəri Merkeli ABŞ-a “kor-koranə itaət“ etməsinə görə sərt tənqid edib
Almaniya kansleriAngela Merkelvə onun siyasi bloku silahlanmaya dair ABŞ administrasiyasının tələblərinə tabe olması yanlışdır.APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu sözləri Almaniya XİN rəhbəri Ziqmar Qabriel "Bild” nəşrinə müsahibəsində deyib.
"Silahlanma məsələsində Almaniyanın Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı (XDİ/XSİ) partiyalarının kor-koranə itaəti məni qorxudur. Merkel, XDİ/XSİ və hətta Azad Demokratik Partiyası Donald Trampın tələblərinə tabedirlər. O bizdən hərbi büdcəni iki dəfə artıraraq 70 mlrd. avroya çatdırmağı tələb edir. Bunu heç düşünmək belə olmaz”, - deyə nazir qeyd edib.
"Merkel, çox güman, düşünür ki, əgər o, bu məsələdə Trampa dəstək versə, əvəzində o dahansısa mövzuda kömək edəcək. Düşünürəm ki, bu böyük səhvdir”, - deyə Ziqmar Qabriel qeyd edib.
Z.Qabriel, Almaniyanın "ikinci soyuq müharibənin tam mərkəzində” yer aldığına dair xəbərdarlıq edib, dünyanın isə bu arada "nüvə silahlanmasının yeni mərhələsinin” astanasında olduğunu qeyd edib.
Qeyd edək ki, D.Tramp Alyansın Uelsdəki sammitində əldə olunan razılaşmalara istinad edərək,NATOölkələrindən hərbi xərcləri ÜDM-in 2 faizi səviyyəsinədək artırmağı tələb edir.
Z.Qabriel isə, öz növbəsində, dəfələrlə bildirib ki, adı gedən sənəddəNATOölkələrinin hərbi xərclərinin ÜDM-in 2 faizinədək artırılmasına dair hər hansı dəqiq öhdəlik qeyd olunmayıb, sadəcə Alyans üzvlərinin bu istiqamətdə irəliləməyə hazır olduqları qeyd edilib.
banner

Oxşar Xəbərlər