• cümə axşamı, 28 mart, 23:50
  • Baku Bakı 13°C

Almaniyadakı azərbaycanlılar yeni idman klubu yaratdılar

12.07.13 12:22 1426
Almaniyadakı azərbaycanlılar yeni idman klubu yaratdılar
Trend-in məlumatına görə, Dünya Azərbaycan Gənclər Birliyinin (DAGB) Almaniyadakı nümayəndəliyinin dəstəyilə yaradılan yeni idman klubunun rəhbəri hazırda İBO-İnternational, İBO-İnterkontinental və İBF-Avropa versiyalari üzrə dünya çempionu Azad Əzizov seçilib.
DAGB-nin Almaniyadakı nümayəndəliyinin rəhbəri, Almaniya Azərbaycanlı Gənclər Birliyinin sədri Elnur Rixter qeyd edib ki, Almaniyada yaşayan Azərbaycanlı gənclər arasında idmana böyük həvəs var: "İdmanın gənclər üçün maraqlı olan növlərindən biri də boksdur. Almaniyadakı gənclərimizin böyük hissəsi məmnuniyyətlə bu idman növü ilə məşğul olurlar."
banner

Oxşar Xəbərlər