• cümə, 29 Mart, 10:50
  • Baku Bakı 5°C

Almaniyada yüksəksürətli qatarların sayı artırılır

07.03.21 15:30 739
Almaniyada yüksəksürətli qatarların sayı artırılır
Yeni yüksəksürətli "Supersprinter” qatarları gələn həftədən etibarən Almaniyanın daxilində klassik marşrutlar üzrə sərnişinləri daşımağa başlayacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Almaniyanın aparıcı KİV-ləri məlumat yayıb. İndi ölkənin meqapolisləri arasında qatarların hərəkət vaxtı əhəmiyyətli dərəcədə azalacaq.
Bu, Hamburq, Münxen, Düsseldorf və Frankfurt-na-mayne arasında hərəkət edən marşrutlara aiddir. Məsələn, Kölndən paytaxta cəmi 3,5 saat ərzində çatmaq mümkün olacaq. Nürnberqdən Frankfurt-na-mayneyə qədər sərnişinlər 2 saata, şəhərin mərkəzi vağzalından o qədər də uzaq olmayan Münhendən Frankfurtdakı hava limanına cəmi 3 saata, Kölndən həmin hava limanına isə 4 saata çata biləcəklər. Hamburqdan Hannover vasitəsilə Frankfurt-na-mayne aeroportunadək gediş vaxtı 3 saat 45 dəqiqə təşkil edəcək ki, bu da əvvəlki vaxtdan 10 dəqiqə qısadır. Kölndən Berlinə 4 saatdan az bir vaxta çatmaq mümkün olacaq ki, bu da həmişəki vaxtdan 25 dəqiqə daha sürətlidir.
banner

Oxşar Xəbərlər