AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Almaniyada yol kənarında 17-ci əsrə aid iki rəsm əsəri tapılıb

Almaniyada yol kənarında 17-ci əsrə aid iki rəsm əsəri tapılıb

Mədəniyyət
20 İyun 2021, 12:00 193
Almaniyada yol kənarındakı zibil konteynerindən 17-ci əsrə aid iki rəsm əsəri tapılıb.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, Bavariyada magistral yolu yaxınlığında rəsmləri tapan şəxs incəsənət əsərlərini polisə təhvil verib.
Əsaərlərin Niderland və italyan rəssamları Samuel van Hoqstraten və Pyetro Belloti tərəflərindən çəkildikləri ortaya çıxıb.

Mütəxəssislərin ilk təxminlərinə görə tapılan rəsmlər orijinaldır. Bunlardan biri 1625-1700-ci illərdə yaşayan Bellotinin, digəri isə 1627-1678-ci illərdə Niderlandda yaşayan van Hoqstratenin çəkdiyi qırmızı papaqlı oğlanın portretləridir.

Qeyd edilir ki, Samuel van Hoqstragenin rəsmləri auksionlarda 300 min dollara qədər qiymətə satılır.