• cümə, 29 Mart, 06:15
  • Baku Bakı 5°C

Almaniyada parlament seçkiləri keçirilir

24.09.17 12:00 780
Almaniyada parlament seçkiləri keçirilir
Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 8.00-da açılacaq, səsvermə saat 18.00-da başa çatacaq.
Seçkidə 42 partiya 61,2 milyon seçicinin səsi uğrunda mübarizə aparacaq. Sosioloji rəy sorğularına əsasən hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 36-37 faiz Sosial Demokrat Partiyası 20-23 faiz, Almaniya üçün Alternativ Partiyası 9-12 faiz, Azad Demokratik Partiya 9-11 faiz, Sol Partiya 8,5-11 faiz, Yaşıllar Partiyası 7-8 faiz səs toplayacaq.
banner

Oxşar Xəbərlər