• cümə, 19 Aprel, 21:01
  • Baku Bakı 24°C

Almaniyada koronavirus peyvəndi olunanlara güzəştlər vəd edilir

04.04.21 17:15 1165
Almaniyada koronavirus peyvəndi olunanlara güzəştlər vəd edilir
Almaniyada koronavirusa qarşı peyvənd olunan vətəndaşlar mağazalara qabaqcadan COVID-19 testi etdirmədən gedəcək və karantin qaydalarını gözləmədən səyahət edə biləcəklər.
AZƏRTACxəbər verir ki, bunu "Bild am Sonntag” qəzetinə müsahibəsində AFR-in səhiyyə naziri Yens Şpan deyib. "Peyvənd olunanlar mağazalara, yaxud bərbərxanaya testsiz gedə biləcəklər. Həmçinin Robert Kox İnstitutu hesab edir ki, onlara bundan sonra karantinə əməl etmək lazım gəlməyəcək", - deyə nazir bildirib.
Onun sözlərin görə, qəti qərar Almaniya koronavirusun üçüncü dalğasını keçdikdən sonra qəbul olunacaq.
Hazırda AFR-də qışdakı kimi sərt olmasa da, karantin tətbiq edilir. Məktəblər və uşaq bağçaları, bərbərxana və gözəllik salonları, gül və kitab mağazaları açıqdır. Testsiz yalnız supermarketlərə getmək olar. Məhdudiyyət tədbirləri aprelin 18-dək uzadılıb və çox güman ki, onların sərtləşdiriləcəyi gözlənilir.
Almaniyada indiyədək əhalinin 12 faizi – təxminən 10 milyon nəfər vaksinin bir hissəsini alıb, 4,3 milyon insan isə tam peyvəndlənib.
banner

Oxşar Xəbərlər