• çərşənbə axşamı, 23 aprel, 17:39
  • Baku Bakı 24°C

Almaniya mətbuatı Serj Sarkisyana ittihamlar irəli sürülməsindən yazır

05.12.19 14:45 474
Almaniya mətbuatı Serj Sarkisyana ittihamlar irəli sürülməsindən yazır
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı xüsusilə iri məbləğdə maliyyə vəsaitinin mənimsənilməsi ittihamı irəli sürülüb.
AZƏRTACxəbər verir ki, bu barədə Almaniya ictimaiyyətini "Deutsche Welle” agentliyi məlumatlandırıb. Agentliyin məlumatında deyilir ki, sabiq prezidentə qarşı irəli sürülən ittiham təsdiq edilərsə, onu əmlakı müsadirə edilməklə, yaxud edilməməklə dörd ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumatda o da vurğulanır ki, qətimkan tədbiri olaraq Sarkisyandan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.
banner

Oxşar Xəbərlər