Almaniya antisemitizmə qarşı mübarizə tədbirlərini gücləndirir

Almaniya antisemitizmə qarşı mübarizə tədbirlərini gücləndirir

Təfsilat
23 Avqust 2019, 16:00 2594
Almaniya federal hökumətinin antisemitizmə qarşı mübarizə üzrə müvəkkili Feliks Klyayn antisemitizmə qarşı mübarizə və Avropa həyat tərzinin müdafiəsi üçün daimi komissiyanın yaradılması haqqında qərarı "antisemitizmə qarşı mübarizədə çox böyük əhəmiyyəti olan dönüş nöqtəsi adlandırıb”.
AZƏRTAC xəbər verir ki, komissiya həm federal, həm də əyalət səviyyəsində fəaliyyət göstərəcək. Bu qərar yəhudi icmaları liderlərinin federal Kansler Angela Merkel ilə görüşündən sonra hökumət tərəfindən qəbul edilib.
Klyaynın fikrincə, antisemitizmə qarşı mübarizə tədbirlərinin çoxu federal əyalətlərin səlahiyyətinə aiddir.
Antisemitizmə qarşı mübarizənin gücləndirilməsi zərurəti polis məlumatları statistikasının açıqlanmasından sonra yaranıb. Belə ki, məlumatlar Almaniyanın yəhudi əhalisi əleyhinə hücumların sayının artdığını göstərib.