Almaniya 25 il ərzində xarici hərbi missiyaya 21 milyard avro xərcləyib
Almaniya son 25 ildə xarici hərbi missiyası ilə bağlı hesabat açıqlayıb.
APA-nın dpa agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya Federativ Respublikasının 25 ildə xarici hərbi missiyaya 21 milyard avro sərf edib.
Hesabatda bildirilir ki, 1991-ci ildən təxminən 410 000 alman hərbçi 52 xarici missiyada iştirak edib, onlardan 108 nəfəri həlak olub.