• cümə axşamı, 25 aprel, 02:58
  • Baku Bakı 19°C

Alman polisi Müsavat AKM üzvlәrini istintaqa çağırır

16.12.19 16:14 1081
Alman polisi Müsavat AKM üzvlәrini istintaqa çağırır
Yafəz Əkrəmoğlu: "Müsavat AKM tәhlükәli cinayәtlәrin vә cinayәtkarların yuvası hesab olunur”

Almaniya polisinin ötən ay Avropada Müsavat Partiyası üzvlərini həbs etməsindən sonra sözügedən təşkilatda ciddi təlatümlər yaşanır. İctimaiyyət nümayəndələrindən daha çox müsavatçıların özləri partiya rəhbərliyini saxtakarlıqda, yarıtmaz siyasət aparmaqda günahlandırırlar. Hazırda Avropada yaşayan jurnalist, müsavatçı Yafəz Əkrəmoğlu (Həsənov) da belə müxalifətçilərdən biridir. O, "Facebook”dakı şəxsi profilində davamlı şəkildə statuslar yazaraq, Müsavat Partiyası rəhbərliyi ünvanına kəskin ittihamlar irəli sürür, "mühacir biznesi” ilə əlaqədar bəzi faktları ictimailəşdirir, bunun ətrafında müzakirələr aparır.
Y.Əkrəmoğlu dekabrın 15-də yazdığı növbəti statusda bildirib ki, Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb. O, bunu gözlәnilәn hadisə kimi qələmə verib. Qeyd edib ki, miqrasiya idarәlәri vә mәhkәmәdә olan Müsavat vә Müsavat AKM üzvlәrinin işlәrinә baxış da sürәtlәndirilib: "Hamısına ucdantutma dәrhal neqativ cavab vermәk, ardınca deport etmәk üçün. Bәzәn olub ki, mәhkәmәdә işinә baxılan şәxsi arayışları kimdәn, neçәyә almasını boynuna alması üçün tәhdid edirlәr (tәhdid yolverilmәzdir). Proses Avropanın bütün ölkәlәrinә yayılacaq. Müsavat AKM tәhlükәli cinayәtlәrin vә cinayәtkarların yuvası hesab olunur, buna görә dә bütün üzvlәri bu işlәrdә şübhәli sayılır. Müsavat vә AKM üzvlәrinin "qara siyahı"sı tәrtib olunur, aidiyyatı olan bütün idarәlәrә göndәrilir. Üzlәrinә deyilmәsә dә, bütün idarәlәrdә onlarla buna görә davranacaqlar”.
Mühacir jurnalist tezliklә deport olunma tәhlükәsi altında olan Müsavat vә AKM üzvlәri üçün çıxış yolunu da göstərib: "Әgәr kimsә aldadıldığını, insan alveri qurbanı olduğunu istintaqa etiraf edәrsә, avtomatik cinyәt işindә zәrәrçәkәn kimi qeydә alınacaq. Cinayәt işi başa çatana kimi (bu әn az 2-3 il sürәcәk) bu adamı deport etmәyәcәklәr. Çünki, mәhkәmәdә zәrәrçәkәn kimi ifadә vermәlidir. İş bitdikdәn sonra isә hәmin şәxsin humanitar oturum alması şansı yüksәlir. Zәrәrçәkәn kimdi?: İnsan averi qurbanları. Pul qarşılığında aldadılaraq Avropaya gәtirilәn, viza, arayış vә başqa sәnәdlәrlә tәmin olunan şәxslәr. Nә etmәk lazımdır? Sizi çağırmadan özünüz polisә müraciәt edin. Avropada yaxşı hәyat vәd edәrәk, sizi aldadaraq ev-eşiyinizi satdırıb, yaxud әlinizdәki bütün pulları mәnimsәyib bura gәtirәn şәxslәrin adını deyin. AKM, Müsavat arayışların kimdәn, neçәyә aldığınızı etiraf edin. Bunları etsәniz, avtomatik zәrәrçәkәn kimi qeydә alınacaqsız. Ola bilәr ki, Avropaya özünüz gәlmisiz vә burada AKM-dәn olan, yaxud başqa insan alverçilәrinin toruna düşmüsüz. Heç fәrq etmir. Zәrәrçәkәnsiz yenә dә. Qorxmayın! Unutmayın ki, aldadılaraq insan alverçilәrinin qurbanı olduğunuza görә heç bir mәsuliyyәt daşımırsınız. Arayış vә sәnәdlәri bilәrәkdәn rüşvәt verib alsanız belә. Çünki, siz aldadılaraq buna mәcbur edilmisiniz”.
Y.Əkrəmoğlunun paylaşdığı status geniş müzakirələrə yol açıb. Müsavat başqanı Arif Hacılının müavinləri Səxavət Soltanlı və Fərəc Kərimli "feyk” profillərlə mühacir jurnalistin statusunun rəy bölməsində təkzibedici fikir bildiriblər. Onların bu davranışı Avropada yaşayan mühacirlər tərəfindən narazılıqla qarşılanıb və Müsavat Partiyası ünvanına ittihamları bir qədər də artırıb. Hətta başqan müavinlərinin ünvanına "çayxana siyasətçiləri”, real profil ilə münasibət bildirməkdən yayınan qorxaqlar və sair bu kimi təhqirlər səsləndiriblər. Misal üçün, Leyla Məmmədzadə adlı istifadəçi bildirib ki, hələ bir neçə il bundan öncə qeyd edilənlər haqqında oxuyub, məlumatlı olub. Onun sözlərinə görə, vaxtilə hökumətdə olmuş bir vəzifə adamının iki oğlu xaricdə məhz "mühacir alveri” ilə məşğul olub: "Almaniyada olanlar buradan gedənləri qarşılayır, pasportlarını əllərindən alır, nə danışacaqlarını və digər yolları başa salırdılar. Danışanlar qorxularından əsas adamları deyil, qabaqcadan öyrədilərək yenə də kimləri isə günahsız şəxsləri şərləməklə əsl günahkarları məsuliyyətə cəlb olunmaqdan qurtarırlar”.
A.Hacılı tərəfdarı Malik ZeynalY.Əkrəmoğlunun yazdıqlarının yalan olduğunu qeyd edib. Onun iddiasına görə, Yafəz, Əlikram Hümbətovun qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilmir deyə, belə statuslar paylaşır: "Çünki yalan məlumatları tamamən ifşa olunub. İndi də qalıb ki, nə fırıldaq etsin. Yaxın zamanlarda Yafəzin özünü deport edəcəklər”.
Buna cavab olaraq Y.Əkrəmoğlu bildirib ki, A.Hacılının müavinləri S.Soltanlı vә F.Kәrimli saxta profillәri Məhəmməd Əmin Rәsulzadә şәkillәri ilə bəzəyir, bu şəkillər altında gizlənirlər: "Diqqәtli olun. Bu Malik Zeynal adlı profil dә onlardan biridir. Mühacir alverlәrini öldürmüşәm. Bazarı diriltmәk üçün min oyundan çıxırlar”.
Kamil Bayramov isə yazıb ki, əksinə, zərərçəkənlər polisə müraciətlə özlərini çətin duruma sala bilərlər: "Əgər kimsə saxta sənədi miqrasiya idarəsinə təqdim edirsə, orada təqdim olunan sənədlərin düzgün olması haqqında sənəd imzalayır”.
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları ötən ay Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Həbs edilənlər Almaniyada "miqrant alveri” ilə məşğul olmaqda, o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli biliniblər.

Alpər TURAN









banner

Oxşar Xəbərlər