• cümə axşamı, 18 aprel, 16:21
  • Baku Bakı 22°C

Alma yuxusuzluğu, yorğunluğu aradan götürür, dəriyə parlaqlıq və gözəllik verir

10.06.21 18:00 299
Alma yuxusuzluğu, yorğunluğu aradan götürür, dəriyə parlaqlıq və gözəllik verir
Almanın ölkəmizdə 300-ə qədər müxtəlif növü və çeşidi mövcuddur. Qızılgülçiçəklilər fəsiləsindən olan meyvədir. Zəngin kimyəvi tərkibə malikdir. Həmçinin bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Dövlət Aqrar Universitetinin kafedra müdiri Hüseyn İdrisov söyləyib.
O bildirib ki, alma yuxusuzluğu, yorğunluğu aradan götürür. Dəriyə parlaqlıq, gözəllik verir. Vitaminlərlə zəngin olan alma qan təzyiqini də aşağı salır.
"Almanın turş meyvəli sortları şəkərli diabet, piylənmə, aşağı turşuluqlu mədə xəstəlikləri və qəbizlik zamanı, şirin meyvəli sortları isə ürək-damar, böyrək, qaraciyər xəstəlikləri zamanı istifadə edilir,” - deyə H.İdrisov almanın müalicəvi tərəfləri haqqında danışarkən bildirib.
Mütəxəssis qastrit zamanı qurudulmuş alma çiçəklərindən dəmlənmiş çayın da faydalı olduğunu qeyd edib. Bu məqsədlə çay qaşığı ilə dolu quru çiçəyin bir stəkan qaynar suda dəmlənib, gün ərzində az-az qurtumla içilməsi tövsiyə olunur.
banner

Oxşar Xəbərlər