Alimlərin araşdırması: Futbol həm xəstəliklərə yol açır, həm də...
Britaniya alimləri
futbolla məşğul olan insanlar üzərində araşdırma aparıblar.
Kaspi.az xəbər
verir ki, Qlazqo universitetinin əməkdaşlarının apardıqları araşdırmalardan
sonra məlum olub ki, futbolla məşğul olmaq gələcəkdə bir sıra xəstəliklərə
tutulma ehtimalını artırır. Alimlər
1900-1976-cı illər arasında doğulmuş 7676 sabiq futbolçunun ölüm səbəblərini
araşdırıb.
Məlum olub ki,
sabiq futbolçular əsasən alsqeymer və parkinson xəstəliklərinə daha çox məruz
qalırlar. Amma pozitiv məqamlar da var. Belə ki, futbolçular ürək xəstəliklərinə
və xərçəngin bəzi növlərinə daha az tutulurlar.
Alimlər 2002-ci
ildə "Vest Bromviç”in sabiq futbolçusu Ceff Estlanın ölümündən sonra araşdırma
aparıblar. Onun ölümünə səbəb, futbolçu karyerası zamanı başından aldığı zərbələr
olub.