• çərşənbə axşamı, 16 aprel, 15:31
  • Baku Bakı 19°C

Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər

15.10.21 10:45 340
Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər
Almaniyada bir qrup alim SARS-CoV-2 koronavirusunun görmə orqanlarına nüfuz edə biləcəyini, həmçinin sinir hüceyrələrində ciddi fəsadlar yarada biləcəyini iddia edir.
"Report"xəbər verir ki, bu barədə "Maks Plank" İnstitutunun mütəxəssisləri tərəfindən "bioRxiv" nəşrində məqalə dərc olunub.
Məqalədə gözün tor qişasının hüceyrələrinin SARS-CoV-2-nin təsirinə məruz qalması qeyd olunur.
Alimlər hesab edirlər ki, retinanın fotoreseptorlarında və sinir hüceyrələrində koronavirusun çoxalma yerini göstərən viral zonalar var. Bundan əlavə, mütəxəssislər koronavirus infeksiyası olan bəzi xəstələrin görmə problemlərindən şikayət etdiyini vurğulayırlar.
Tədqiqat nəticəsində məlum olub ki, retinanın hüceyrələrində virusun öz-özünə çoxalması və gözlərdə SARS-CoV-2 infeksiyası ACE2 reseptorlarından asılıdır.
banner

Oxşar Xəbərlər