• cümə axşamı, 28 mart, 22:24
  • Baku Bakı 13°C

Ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb

02.12.16 12:55 889
Ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb
Azərbaycanın ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb və bu, Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) sənədinə əsaslanır.
APA-nın xəbərinə görə, bunu təhsil naziriMikayıl Cabbarov"Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib. Nazir deyib ki, xarici ekspertlərlə birgə hazırlanan qaydalara əsasən, təhsil müəssisəsinin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq. Bunlara missiya, vəzifə, strategiya, idarəetmə, insan resursları, təhsil proqramları, təhsil alanlar, elmi-tədqiqat fəaliyyəti, təlim resursları, tələbələrə dəstək xidmətlərinin daxil olduğunu deyən nazir vurğulayıb ki, hazırda akkreditasiyanın vacib olmasının bir neçə mühüm səbəbi var: "Ən əsas səbəb odur ki, ölkə təhsilinin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə ölkənin təhsil siyasətinin əsas istiqamətlərindən biri liberallaşmanın davam etdirilməsidir. Bununla da ali təhsil və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılmasıdır. Keyfiyyətin təminatı mexanizmləri getdikcə daha mühüm rol oynamağa başlayır. Burada yalnız xarici və yaxud kənar akkreditasiyadan deyil, həmçinin, daxili akkreditasiya alətlərinin inkişaf etdirilməsində maraqlıyıq”.
Nazirin sözlərinə görə, biznes mühitinin daima yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində bu gün ölkədə lisenziyalaşdırılan fəaliyyət növləri, istiqamətləri üzrə hansısa yeni bir işə başlamaq, o cümlədən təhsil müəssisəsi qurmaq çox sadə bir prosesə çevrilib. Sahibkar nöqteyi-nəzərdən çox düzgün və vaxtında atılmış bir addımdır”.
Qeyd edək ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına 2004-cü ildən başlanıb. Hökumətin qərarı ilə 2015-ci ilin noyabrın 28-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. Yeni akkreditasiya qaydaları Avropa standartlar və təlimatlara uyğunlaşdırılıb.
banner

Oxşar Xəbərlər