• şənbə, 20 Aprel, 19:48
  • Baku Bakı 24°C

Ali məktəblərə və kolleclərə qəbul imtahanlarının tarixi elan edilməyib

01.06.20 12:07 444
Ali məktəblərə və kolleclərə qəbul imtahanlarının tarixi elan edilməyib
Hələlik ali məktəblərə və 11 illik bazadan kolleclərə qəbul imtahanlarının tarixi elan edilməyib.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qəbul imtahanlarının tarixi iyunun 5-dən sonra elan ediləcək, abituriyentlərin sayına uyğun olaraq, imtahan günləri müəyyən ediləcək.
"Ali məktəblərə və 11 illik bazadan kolleclərə sənəd qəbulu iyunun 5-dək aparılacaq. İndiyədək 75 692 nəfər ali məktəbə sənəd verib. Onların təxminən 12 800 nəfəri əvvəlki illərin məzunudurlar".
banner

Oxşar Xəbərlər