• cümə, 19 Aprel, 17:45
  • Baku Bakı 25°C

Ali məktəblərə qəbul planı artırıldı

11.07.13 14:22 1736
Ali məktəblərə qəbul planı artırıldı
Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələri üzrə qəbul planı və dövlət sifarişli ixtisaslar üzrə qəbul aparılacaq yerlərin sayı Azərbaycan Prezidenti yanında Təhsil Komissiyası tərəfindən təsdiqlənərək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edilib.
TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, növbəti tədris ili üçün Azərbaycanda ali təhsil müəssisələrinə plan yerlərinin sayı artırılıb. Ümumilikdə, ali məktəblərə qəbul planı ötən illə müqayisədə 7,5 faiz, dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı isə ötən ilə nisbətən 3,58 faiz artıb.
Belə ki, 2013/2014-cü tədris ilində ali məktəblərə tələbə qəbulu üçün 36 537 plan yeri ayrılıb. 2012/2013-cü tədris ilində isə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin sayı 34 098 olub.
Qeyd edək ki, sabah "Abituriyent" jurnalının 3-cü sayı ictimaiyyətə təqdim olunacaq. Burada növbəti tədris ili üçün qəbul planına daxil edilən ixtisasların siyahısı öz əksini tapıb.
banner

Oxşar Xəbərlər