• şənbə, 20 Aprel, 07:14
  • Baku Bakı 14°C

Albaniya parlamenti ölkə prezidentinin impiçmentinə səs verib

10.06.21 10:00 229
Albaniya parlamenti ölkə prezidentinin impiçmentinə səs verib
Albaniya parlamenti Konstitusiyanı pozduğuna görə ölkə prezident İlir Metenin impiçmentini elan edib və nəticə etibarı ilə onun vəzifəsindən kənarlaşdırılmasını qanuniləşdirib.
APA"Associated Press”ə istinadən xəbər verir ki, 104 millət vəkili impiçmentin lehinə, yeddisi əleyhinə səs verib.
Millət vəkillərindən 3-ü isə bitərəf qalıb.
Üç ay ərzində onun vəzifəsindən kənarlaşdırılması qərarı Albaniya Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Albaniya prezidentinin bu ilin aprel ayında keçirilən parlament seçkiləri kampaniyası dövründə hakim Sosialist Partiyasına "qərəzli yanaşma" ilə konstitusiyanı pozduğu bildirilir.
banner

Oxşar Xəbərlər