• şənbə, 20 Aprel, 05:37
  • Baku Bakı 15°C

AKP-dən Soma açıqlaması: “Vəziyyətdən sui-istifadə edənlər var”

16.05.14 13:49 1144
AKP-dən Soma açıqlaması: “Vəziyyətdən sui-istifadə edənlər var”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Somada yaşananlarla bağlı açıqlama verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hakim partiyanın rəsmisi Hüseyn Çelik günahı olanların hüquq müstəvisində mütləq cəzalandırılacağını söyləyib: “İçəridə 15 yaşlı uşaq var dedilər, 19 yaşında olduğu müəyyən olundu. Dedilər, qanunsuz çalışanlar var. Belə bir fakt ortaya çıxmadı. Bu, şəxsi biznesdir. Araşdırmalardan sonra günahı olanlar cəzalandırılacaq. Somalıların faciəsini başa düşürük. Baş nazirə, hökumətə etiraz etmək haqları var. Ancaq bu vəziyyətdən sui-istifadə edənlər var”.
H.Çelik müxalifət liderləri Kamal Kılıçdaroğlu və Dövlət Baxçalıya da Somadakı mədən ziyarətindən sonra verdikləri məsuliyyətli açıqlamalara görə təşəkkür edib.
H.Çelik Baş nazir Rəcəb Tayyip Ərdoğanın vətəndaşa yumruq atmasını isə “bu, sadəcə iddiadır” deyə təkzib edib.
banner

Oxşar Xəbərlər