• cümə axşamı, 25 aprel, 17:15
  • Baku Bakı 23°C

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan tədbir keçirilib

04.12.17 15:57 2618
Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan tədbir keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli şərqşünas alim, əməkdar elm xadimi Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş "Şanlı ömür səhifələri” adlı tədbir keçirilib.APA-nın məlumatına görə, tanınmış elm və din xadimlərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademikAkif Əlizadə,Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və digərləri yubilyarın həyat və yaradıcılığından, elmi-pedaqoji, ictimai fəaliyyətindən danışıblar.
Yubiley tədbirini giriş sözü ilə açan akademikAkif Əlizadə alimin geniş elmi-pedaqoji fəaliyyətindən, Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən və İslam dininə verdiyi töhfələrdən bəhs edib. Alimin elmi yaradıcılığından söz açan AMEA rəhbəri akademik Vasim Məmmədəliyevin ərəbşünaslıq sahəsində gənc yaşlarında doktorluq dissertasiyası müdafiə etdiyini, xarici ölkələrin elmlər akademiyalarının üzvü olduğunu, onun əsərlərinin böyük maraqla qarşılandığını qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev ərəb dilinin böyük tədqiqatçılarından olan alimin elmə, İslam dininin elmi əsaslarla öyrənilməsinə verdiyi töhfələrdən danışaraq əsərlərinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Sonra çıxış edən akademik Gövhər Baxşəliyeva adıİslam mədəniyyəti, eləcə də Azərbaycan xalqının tarixinə əbədi həkk olunmuş akademik Vasim Məmmədəliyevin ilahi lütfdən qaynaqlanan istedadı, dərin elmi təfəkkürü,yorulmaz pedaqoji fəaliyyəti onu fenomen şəxsiyyətlər sırasına daxil etdiyini vurğulayıb. Vətənimizin hüdudlarından kənarda da böyük şöhrət qazanmış alimin Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısı olduğunu bildirən akademik Gövhər Baxşəliyeva yubilyarın əsərlərində ərəb dilçiliyi ilə yanaşı, Şərq filologiyası və poeziyası, İslam tarixi,fəlsəfə, təfsir, quranşünaslıq, leksikoqrafiyanın ən mühüm məsələlərinin də tədqiq olunduğunu deyib.
Tədbir bədii hissə ilə davam edib.
banner

Oxşar Xəbərlər