• cümə axşamı, 28 mart, 17:34
  • Baku Bakı 16°C

Akademik Muxtar Kazımoğlu-İmanov Səmərqənddə keçirilən beynəlxalq simpoziumda iştirak edib

17.10.17 18:20 2900
Akademik Muxtar Kazımoğlu-İmanov Səmərqənddə keçirilən beynəlxalq simpoziumda iştirak edib
13-14 oktyabr 2017-ci il tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində TİKA, Hacı Bektaş Vəli Kültür Dərnəyi, Səmərqənd Dövlət Universiteti, Muğla Sıtkı Koçman Universiteti və Dünya Göz Akademiyasının birgə təşkilatçılığı ilə "Orta əsrlərdə Səmərqənd mədrəseyi-alilərinin İslam mədəniyyəti və təhsil sisteminin inkişafında rolu” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilmişdir. Səmərqənd Dövlət Universitetinin yaradılmasının 90, Uluğ Bəy Mədrəsəsinin yaradılmasının 600 illiyinə həsr olunmuş simpoziumda AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov da iştirak edib.
Almaniya, Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdən soxsaylı elm və mədəniyyət xadimlərinin qatıldığı tədbirdə akademik M.Kazımoğlu-İmanov "Dərvişlərlə bağlı inancların iki fərqli istiqaməti” adlı məruzə ilə çıxış edib. Məruzədə xalq ədəbiyyatında dərvişlərə ikili – həm müsbət, həm də mənfi münasibətin izahı əksini tapıb. Məruzədə qeyd olunub ki, nağıl və dastanlarda dərvişlərin həm xeyirxah, həm də bədxah qüvvəni təmsil etdiyinin şahidi oluruq.
"Real həyatda dərvişlər rəğbətlə qarşılandıqları kimi, təqib və təzyiqlərə də məruz qalıblar. Dərvişlərə bu cür ikili münasibətin səbəbi dərvişlərin hansısa konkret təriqətə mənsub olmasından daha çox aşağıdakı iki məsələ ilə izah edilə bilər: 1) dərvişliyin kök etibarilə şamançılığa bağlı olması; 2) dərvişlərin öz hərəkətlərində sərbəstliyə can atması. Dərvişlərin xeyirxah və bədxah qütblərinə ayrılması şamanların ağ şaman və qara şaman qütblərinə ayrılması ilə səsləşir. Dərvişlərin göstərdikləri müxtəlif kəramətlər öz mayasını şaman möcüzələrindən götürür...”.
Akademik M.Kazımoğlu–İmanov həmçinin Simpoziumun bölmə iclaslarından birinə sədrlik edib.





banner

Oxşar Xəbərlər