• cümə axşamı, 25 aprel, 20:50
  • Baku Bakı 21°C

Ağır qəzada ölənlərin sayı 4-ə çatdı

30.05.14 16:09 1157
Ağır qəzada ölənlərin sayı 4-ə çatdı
Bu gün Ağdaş-Qaravəlli yolunda Ləki qəsəbəsi yaxınlığında dəhşətli qəza baş verib
Bakı-Qazax yolunda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb. APA-nın məlumatına görə, 2014-cü il təvəllüdlü Mətiyev İbrahim Səxavət oğlu xəstəxanada dünyasını dəyişib.
Dəhşətli qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub. Yevlax şəhər Xəstəxanasının baş həkimi İlhamiz Quliyevin Lent.az-a verdiyi məlumata görə, ölənlərdən yalnız 2 yaşlı Məsiyeva Fəridə Səxavət qızının şəxsiyyətinin müəyyən etmək mümkün olub: “Digər 2 nəfərin meyiti morqa göndərilib. Yaralalılar Ağstafa rayonu Qırılı kənd sakinləri – 1 yaşlı Məsiyeva Xanım Səxavət qızı, 2014-cü il təvəllüdlü Məsiyev İbrahim Səxavət oğlu, 29 yaşlı Məsiyev Səxavət İlyas oğlu, 21 yaşlı Məsiyeva Susanə, 36 yaşlı Məsiyev Ceyhun İlyas oğlu, Ucar rayonu Məlikballı kənd sakini Nuriyev Adil Həşim oğlu, Ağstafa rayonu Həsənsu kənd sakini 24 yaşlı Əliyev Vahid Zahid oğlu, 46 yaşlı Qazax rayon sakini Quliyeva Zemfira İdris qızıdır. Ölən digər iki nəfərin şəxsiyyəti də müəyyənləşdiriləcək”.
Avtobusda bəzi KİV-lərdə qeyd edildiyi kimi məzunlar olmayıb. Avtobus Bakı-Qazax marşrutu üzrə hərəkət edirmiş.
banner

Oxşar Xəbərlər