• çərşənbə axşamı, 23 aprel, 13:36
  • Baku Bakı 24°C

Ağır atletlərimiz Malayziyada güclərini sınayacaqlar

15.10.16 17:11 1306
Ağır atletlərimiz Malayziyada güclərini sınayacaqlar
Oktyabrın 19-25-də Malayziyanın Penanq şəhərində yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək.
AZƏRTACxəbər verir ki, yarışda 100-dən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq.
Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Yarışda ölkəmizi Rüstəm Qasımov (50 kq), Kənan Xəlilov, Cəbrayıl Abzərli, Elvin Abdullayev (hər üçü 56 kq), İsa Rüstəmov, Füqan Əliyev (hər ikisi 62 kq), Tarmenxan Babayev (69 kq), Mayıl Şükürlü (77 kq), Sənan Mirzəyev (85 kq), Ümidvar Bayramlı (94 kq), Səbinə Əzimova (53 kq), Lalə Rzazadə və Sevər Məhərrəmzadə (hər ikisi 58 kq) təmsil edəcəklər.
banner

Oxşar Xəbərlər