• cümə axşamı, 25 aprel, 04:16
  • Baku Bakı 19°C

Ailəsində koronavirusa yoluxma halı olan şəxslər imtahanlara buraxılmayacaq

01.06.20 12:51 434
Ailəsində koronavirusa yoluxma halı olan şəxslər imtahanlara buraxılmayacaq
İmtahanlara gələnlər ailə üzvləri arasında son 15 gün ərzində koronavirusun olmaması barədə bəyannamə imzalamalıdırlar.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ailəsində koronavirusa yoluxan şəxs olan abituriyentlər iyunda keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcəklər: "Onlar sentyabrda imtahan verərək attestat ala biləcəklər, amma ali məktəblərə qəbul olmaq üçün bu il imtahan verə bilməyəcəklər. Belə hal ilk dəfə baş vermir. Əvvəlki illərdə də suçiçəyi, qızılca kimi xəstəliyi olanlar imtahanlara buraxılmayıblar. Biz insanların təhlükəsizliyini qorumalıyıq və bu, daha vacibdir”.
banner

Oxşar Xəbərlər