• cümə axşamı, 28 mart, 19:30
  • Baku Bakı 13°C

Ailə məsələləri ilə bağlı geniş maarifləndirmə işləri aparılır

15.05.19 14:08 612
Ailə məsələləri ilə bağlı geniş maarifləndirmə işləri aparılır
Azərbaycanda kifayət qədər gözəl ailələr var və onları cəmiyyətə tanıtmaq lazımdır.
Trend-in məlumatına görə, bunu "Beynəlxalq Ailə günü”nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda çox gözəl ailə modeli var:
"Biz çalışırıq ki, ölkəmizdə sağlam, təhsilli ailələr olsun. Ancaq dünyada gedən proseslərdən Azərbaycan kənarda qala bilməz. Həm müsbət, həm də mənfi baxımdan müəyyən təsirlər olur. Azərbaycanda da müəyyən problemlər mövcuddur, amma dövlət siyasətinin əsasında bu problemləri vaxtında həll etmək dayanır".
H.Hüseynova əlavə edib ki, bu gün komitə tərəfindən Azərbaycanda ailə məsələləri ilə bağlı geniş maarifləndirmə işləri aparılır: "Çox vacibdir ki, biz cəmiyyətə gözəl ailələri təqdim edək. Bu gün Azərbaycanda kifayət qədər belə ailələr var. Biz onları niyə təbliğ etməməliyik?!"
banner

Oxşar Xəbərlər