• cümə, 19 Aprel, 09:55
  • Baku Bakı 13°C

Aİ Şurasının prezidenti Boris Consonu təbrik edib

13.12.19 14:00 445
Aİ Şurasının prezidenti Boris Consonu təbrik edib
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Böyük Britaniyanın Baş Naziri Boris Consonu təbrik edib.
APA-nın xəbərinə görə, Aİ Şurasının prezidenti bu barədə "Twitter" səhifəsində bildirib.
"Boris Consonu qələbəsi münasibətilə təbrik edirəm. Biz mümkün qədər tez bir zamanda geri çəkilmə sazişinə səs verilməsini gözləyirik. Avropa İttifaqı növbəti mərhələyə hazırdır. Biz hər kəs üçün ədalətli şərtlər təmin edən gələcək ticarət sazişini müzakirə edəcəyik", - deyə Ş.Mişel qeyd edib.
Qeyd edək ki, dekabrın 12-də Böyük Britaniyada parlament seçkiləri keçirilib. İlkin nəticələr Mühafizəkarlar Partiyasının səs çoxluğu ilə irəlidə olduğunu göstərir.
banner

Oxşar Xəbərlər