• cümə axşamı, 25 aprel, 00:23
  • Baku Bakı 19°C

Aİ ölkələri Rusiya neft məhsullarının tavan qiyməti barədə razılığa gəliblər

04.02.23 12:00 904
Aİ ölkələri Rusiya neft məhsullarının tavan qiyməti barədə razılığa gəliblər

Aİ ölkələri fevralın 5-dən etibarən G7 ölkələri ilə birlikdə Rusiya neft məhsullarının qiymət tavanı ilə bağlı razılığa gəliblər.

Trend xəbər verir ki, Aİ səfirləri dizel yanacağının qiymətini bir barel üçün 100 dollar, endirimli neft məhsullarının isə bir barel üçün 45 dollar səviyyəsində müəyyən ediblər.

Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen “Twitter” hesabında yazıb ki, Aİ bazar günündən etibarən Rusiya neft məhsulları üçün qiymət tavanı tətbiq edəcək.

Həmçinin fevralın 5-də Aİ-də Rusiya neft məhsullarının alınmasına qadağa qüvvəyə minir ki, bu da Macarıstana şamil edilmir.

banner

Oxşar Xəbərlər