• cümə, 29 Mart, 06:12
  • Baku Bakı 5°C

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Bakıya gəlib

04.12.17 09:35 661
Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Bakıya gəlib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib.
Bu barədəAPA-ya Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində T.Klaarın prezidentİlham Əliyev, xarici işlər naziriElmar Məmmədyarovvə başqa rəsmi şəxslərlə görüşü gözlənilir.
Xatırladaq ki, T.Klaar bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub. O, 2014-cü il iyulun 8-dən bu vəzifədə olmuş səfir Herbert Zalberi əvəzləyib.
banner

Oxşar Xəbərlər