AÇG və “Şahdəniz” yataqlarında indiyədək hasil olunan qazın həcmi açıqlanıb
"Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr tarixinədək ümumilikdə AÇG-dən 173,7 milyard kubmetr, "Şahdəniz”dən isə 130,1 milyard kubmetr qaz hasil edilib.
Energetika NazirliyindənAPA-ya verilən məlumata görə, "Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 86,5 milyard kubmetr qaz ixraca nəql edilib.