• cümə axşamı, 28 mart, 18:32
  • Baku Bakı 13°C

Afrində iki türk hərbçisi şəhid olub

08.02.18 09:20 572
Afrində iki türk hərbçisi şəhid olub
Afrində keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin daha iki hərbçisi şəhid olub.
Bu barədə Türkiyə SQ Baş Qərargahının bəyanatında bildirilir. Qeyd olunur ki, hərbçilər terrorçuların minomyot atəşi nəticəsində həlak olublar.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
banner

Oxşar Xəbərlər