Afrikanın ən yaxşısı yenə də “Liverpul”lu oldu
Afrikada 2019-cu
ilin ən yaxşı futbolçusu bəlli olub.
Kaspi.az xəbər
verir ki, "Liverpul”un futbolçusu Sadio Mane "qara qitə”nin ən yaxşı futbolçusu
seçilib. O, "Liverpul”un və Misir yığmasının hücumçusu Məhəmməd Salahla
"Mançester Siti” və Əlcəzair yığmasının oyunçusu Riyad Mahrezi qabaqlayıb.
Mane
"Liverpul”da 2016-cı ildən çıxış edir. Qeyd edək ki, buna qədər Afrikanın ən
yaxşı futbolçusu 2 il dalbadal "Liverpul”un futbolçusu Məhəmməd Salah
seçilmişdi.