• cümə, 26 Aprel, 19:39
  • Baku Bakı 22°C

Afinada "Makedoniya - Yunanıstandır!" mitinqi keçirilib

04.02.18 18:23 743
Afinada "Makedoniya - Yunanıstandır!" mitinqi keçirilib
Bu gün Afinada "Makedoniya-Yunanıstandır!" mitinqi keçirilib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Afinanın mərkəzindəki meydanda və ətraf küçələrdə aksiya iştirakçıları toplaşıb.
Aksiya iştirakçıları qonşu ölkənin Yunanıstana, yunanlara məxsus olduğunu iddia etdikləri Makedoniyanın adından istifadə etməsinə etiraz ediblər. Təşkilatçılar yerli vaxtla saat 14.00-da başlayacaq aksiyaya 1 milyon insan toplayacaqlarını bəyan ediblər. Aksiyanın təhlükəsizliyinin qorunmasına 19 min polis əməkdaşı cəlb edilib.
"Makedoniya-Yunanıstandır!" mitinqinin keçirildiyi məkandan 500 m uzaqlıqda, Afina Universitetinin tarixi binası qarşısında isə anarxistlər mitinq keçirib. Anarxistlər "Makedoniya-Yunanıstandır!" mitinqinin şüarları millətçilik kimi qiymətləndirib və bu gün qarşıdurma nəticəsində qan tökülə biləcəyini bəyan ediblər. Polis anarxistlərin mitinqinə 400-ə qədər insan toplaşdığını açıqlayıb. Hələlik hər iki aksiya hər hansı bir insident baş vermədən keçirilib.
Qeyd edək ki, Yunanıstanın qonşuluğundakı ölkəni Makedoniya adı ilə dünyanın 120 ölkəsi tanıyıb.BMTvə digər təşkilatlar bu ölkəni "Keçmiş Yuqoslaviya Respublikası Makedoniya" adı altında sıralarına qəbul edib. Yunanıstanda isə tarixi Makedoniya vilayəti var. Rəsmi Afina hesab edir ki, Skopye əyalətinin tarixi adını mənimsəyib, tarixi təhrif edib və gələcəkdə eyni adlı vilayətinə qarşı ərazi iddiası irəli sürə bilər.
banner

Oxşar Xəbərlər