• cümə axşamı, 18 aprel, 15:42
  • Baku Bakı 22°C

AFFA yeni liqa təsis edib

14.08.19 16:37 16826
AFFA yeni liqa təsis edib
AFFA-nın təsis etdiyi yeni liqada oyunları hakimlərin yerinə məşqçilər idarə edəcək.
Trend-in məlumatına görə, 2019/2020-ci il mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir – U-9 Liqası əlavə olunacaq.
U-9 Liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək. Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə apreldə yekun vurulacaq.
Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək. Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq. Əvəzində, hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər.
Oyunların idarə olunması hər hissədə bir komandanın məşqçisinə həvalə olunacaq.
Liqanın yeni formatda təşkilində məqsəd uşaqların daha çox oyun keçirməsinə, komandaların oyunun nəticəsinə deyil, keyfiyyətinə diqqət ayırmasına nail olmaqdır.
banner

Oxşar Xəbərlər