• cümə axşamı, 28 mart, 23:45
  • Baku Bakı 13°C

AFFA və UEFA arasında məsləhətləşmələr aparılır

07.10.21 17:30 395
AFFA və UEFA arasında məsləhətləşmələr aparılır
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusu - Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, "Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib. Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədirlər.
Kaspi.az AFFA-ya istinadla xəbər verir ki, millimizin seçmə mərhələdə keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır və qəbul olunacaq yekun qərar barədə oktyabrın 8-də məlumat veriləcək.
banner

Oxşar Xəbərlər