• cümə, 29 Mart, 17:25
  • Baku Bakı 14°C

AFFA-nın Berti Foqtsun işinə baxacağı tarix açıqlandı

10.12.13 14:05 1072
AFFA-nın Berti Foqtsun işinə baxacağı tarix açıqlandı
AFFA İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 18-də keçiriləcək. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 11:00-da başlayacaq iclas federasiyanın inzibati binasında olacaq.
Gündəliyə Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi, UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması, AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi və digər məsələlər salınıb.
banner

Oxşar Xəbərlər