AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AFFA futbolçuları cəzalandırdı

AFFA futbolçuları cəzalandırdı

İdman
23 Aprel 2013, 17:10 1238
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda bəzi klublar haqda cəza tədbiri seçilib.

Azərbaycan Premyer Liqasının XXVII turunun “Kəpəz” – “Turan” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“İnter” – “Simurq” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyunun 30-cu dəqiqəsində “Simurq”un futbolçusu Mario Bojiç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Bakı” – “Qarabağ” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Neftçi” – “Qəbələ” oyunun 65-ci dəqiqəsində “Qəbələ”nin futbolçu Aleksandr Çertoqanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib. Matçın 66-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Flaviniyoya idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.

“Xəzər Lənkəran” – “Sumqayıt” oyunun 86-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Matçın 90+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Dmitrios Sialmas əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.