ADU-nun 7 tələbəsi Fransa və Rumıniyada təcrübə keçir

Azərbaycan Dillər
Universitetinin (ADU) Frankofon Universitet Agentliyi (FUA) ilə əməkdaşlığı çərçivəsində
ADU-nun Pedaqoji (təhsil) və Tərcümə fakültələrində təhsil alan 7 tələbə ilk dəfə
olaraq Fransa və Rumıniyada keçirilən pedaqoji və istehsalat təcrübələrində
iştirak edir.Universitetin Pedaqoji (təhsil) fakültəsinin 5 tələbəsi - Rəna Rüstəmova, Aytən Kəməndərli, Əli Mədədov, Lalə
Dadaşova və Əziz İradə Fransanın Bordo və San-Luz şəhərlərində Beynəlxalq
Fransız dili Müəllimləri Assosiasiyasında, Tərcümə fakültəsinin tələbəsi Fəridə
Musayeva Strasburqda Avropa Şurasının Siyasi Departamentində, digər tələbə Xoşqədəm
Cəlilova isə Buxarestdə Beynəlxalq Rumıniya Radiosunda təcrübə keçməyə müvəffəq
olublar.
Qeyd edək ki, ADU 2015-ci
ilin may ayının 21-dən FUA-nın ortaq üzvüdür. Əməkdaşlığa əsasən ADU-nun tələbələri,
eləcə də Fransız dili kafedrasının müəllimləri FUA-nın dəstəyi ilə keçirilən
proqramlarda iştirak ediblər.
