ADU-da “Mədəniyyət günəşi” adlı tədbir keçirilib - Fotolar
Azərbaycan
Dillər Universitetində (ADU) Mədəni müxtəliflik proqramı çərçivəsində "Mədəniyyət
günəşi” adlı tədbir keçirilib.
Tədbirdə ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin
qorunması sahəsində həyata keçirilən işlərin hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam və inkişaf etdirildiyi bildirilib. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin ölkədəki multikulturalizm siyasətinə yüksək önəm verməsinin
əsas göstəricilərindən biri olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradıldığı qeyd edilib. ADU-nun İnformasiya Resurs Kompleksində iki Folklor Mərkəzi
- Əcnəbi Xalqların Folklor Mərkəzi və Türk Xalqlarının Folklor Mərkəzinin fəaliyyət
göstərdiyi vurğulanıb. Onların fəaliyyət strategiyasının dünya xalqlarının zəngin
mədəni irsinin öyrənilməsi, tərcüməsi və Azərbaycanda təbliği, ali təhsil müəssisələrinin
tələbə - müəllim heyətinin fəal iştirakı ilə mədəniyyətlərarası dialoq tədbirlərinin
həyata keçirilməsi olduğu qeyd edilib. Folklor Mərkəzlərinin bir çox maarifləndirci
proqramlar və tədbirlər həyata keçirdiyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
ilə birbaşa əməkdaşlıq etdiyi qeyd edilib.
Daha sonra ADU-nun Tərbiyə
işləri üzrə prorektoru Ələddin Əliyev qonaqları salamlayaraq onları
universitetdə görməkdən məmnunluğunu bildirib. O, hər kəsi ölkəmizin təbliğində
rol oynayan tədbirlərdə iştirak etməyə dəvət edib. ADU-da hər il Mədəni müxtəliflik
proqramı çərçivəsində tədbirlər keçirildiyini deyən Ə.Əliyev bu tədbirlərdə müxtəlif
ölkələrin Azərbaycandakı səfirlərinin iştirak etdiyini qeyd edib. Çıxışının
sonunda o, tədbirin təşkilatçılarına təşəkkür edərək uğurlar arzu edib.
Sonra Azərbaycan, ABŞ,
Türkiyə, Çin, Fransa, Özbəkistan, Hindistan, İndoneziya, Yaponiya, İsrail,
İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Koreya, Norveç,
İtaliya və digər ölkələrin müxtəlif təqdimatlarla təmsil olunduğu bədii proqram
iştirakçılara təqdim olunub.
Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin Azərbaycandakı səfirləri
iştirak edirdi.