• cümə, 29 Mart, 10:52
  • Baku Bakı 5°C

Adamın evini nə qədər soyarlar?

21.02.19 13:53 738
Adamın evini nə qədər soyarlar?
"Liverpul”un futbolçusu Sadio Mane yenə də soyğuna məruz qalıb.
Kaspi.az xəbər verir ki, Manenin mənzilini qarət ediblər. Hadisə Çempionlar Liqasında "Bavariya” ilə keçirilən oyun zamanı baş verib.
Məlumata görə, oğrular futbolçunun Allertondakı mənzilinə daxil olaraq oradan telefon, qol saatı və avtomobilin açarlarını aparıblar.
Maraqlıdır ki, bu, Manenin mənzilində ilk oğurluq hadisəsi deyil. Oğrular onun evini 2017-ci ildə də qarət etmişdilər. Həmin oğurluq hadisəsi də "Liverpul”un Çempionlar Liqasında "Maribor”la keçirdiyi oyun zamanı törədilmişdi.
banner

Oxşar Xəbərlər