• şənbə, 20 Aprel, 09:49
  • Baku Bakı 14°C

Ağdamda işğaldan azad olunan ərazidə 1 tondan artıq narkotik aşkar edilib

03.06.21 11:30 297
Ağdamda işğaldan azad olunan ərazidə 1 tondan artıq narkotik aşkar edilib
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundanAPA-ya verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd, Əliağalı kəndində isə çəkisi 20 kiloqram olan 50 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

banner

Oxşar Xəbərlər