• şənbə, 20 Aprel, 16:08
  • Baku Bakı 23°C

Abşeronda məktəb direktoruna cinayət işi açıldı

20.05.21 15:57 621
Abşeronda məktəb direktoruna cinayət işi açıldı
Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət alması ilə bağlı məlumatlar dərc olunmuşdur.
Bununla bağlı Abşeron rayon prokurorluğundan Kaspi.az-a bildirilib ki, Abşeron rayon prokurorluğuna daxil olmuş müraciət əsasında aparılmış ilkin yoxlama zamanı müəyyən edilib ki, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq etmişdir.
Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcəkdir.
banner

Oxşar Xəbərlər