• cümə, 19 Aprel, 06:18
  • Baku Bakı 13°C

Abşeronda axtarışda olan şəxs saxlanılıb

13.11.21 15:15 240
Abşeronda axtarışda olan şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinərək axtarışda olan Hikmət Rəhimov saxlanılıb.
Daxili İşlər Nazirliyindən"Report"a verilən məlumata görə, onun fermaların birindən generator oğurlayaraq satdığı məlum olub.
Rayonun Məmmədli kəndində saxlanılan şəxsin üzərindən hazır bükümlər şəklində qablaşdırılan psixotrop maddə olan metamfetamin də aşkar edilərək götürülüb.
Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Hikmət Rəhimovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
banner

Oxşar Xəbərlər