• cümə, 19 Aprel, 13:52
  • Baku Bakı 25°C

Abşeronda 4 otaqlı ev yanıb

15.03.20 19:30 1463
Abşeronda 4 otaqlı ev yanıb
Abşeron rayonunda 4 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Novxanı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m² sahədə və digər otaqda 1 ədəd dolab 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər