• cümə axşamı, 28 mart, 15:31
  • Baku Bakı 16°C

ABŞ yığmasını tənqid edən kanadalını ölümlə hədələyirlər

13.06.19 13:30 662
ABŞ yığmasını tənqid edən kanadalını ölümlə hədələyirlər
Kanadanın qadınlardan ibarət yığmasının sabiq futbolçusu Keylin Kayl ölünlə hədələnir.
Kaspi.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, ABŞ-ın qadın yığmasının üzvlərinin davranışını tənqid etdiyi üçün təhdidə məruz qalıb.
ABŞ yığması DÇ-2019-un qrup mərhələsində Tailand yığmasına 13:0 hesabı ilə qalib gəlib. Amerikalılar hətta hesab darmadağın həddində olanda da, vurduqları qolları böyük çılğınlıqla qeyd ediblər. Kayl da məhz bu məqamı tənqid edib:
"Hesab edirəm ki, belə davranış rəqibə qarşı hörmətsizlikdir. Kanada yığmasının üzvləri heç vaxt belə hərəkətə yol verməzdilər. Tailand yığmasının qarşısında şlyapamı çıxardıram. Onlar amerikalıların belə davranışına baxmayaraq, başlarını aşağı salmadılar”.
banner

Oxşar Xəbərlər