• cümə axşamı, 25 aprel, 18:59
  • Baku Bakı 21°C

ABŞ yenidən ÜST-lə əlaqələri bərpa edir

21.01.21 09:45 391
ABŞ yenidən ÜST-lə əlaqələri bərpa edir
ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətləri bərpa edir.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Co Bayden cümə axşamı ölkəsinin ÜST-lə əlaqələrin bərpasını nəzərdə tutan fərman imzalayıb.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp keçən ilin iyul ayının əvvəlində ölkənin ÜST-dən çıxması ilə bağlı Konqresə rəsmi bildiriş göndərmişdi.
Çıxış prosesi 2021-ci ilin iyulunda başa çatmalı idi. Daha əvvəl Tramp ÜST-ü tələb olunan islahatları həyata keçirməməkdə günahlandıraraq təşkilata maliyyə ayrılmasına son verdiyini bildirmişdi. O, həmçinin, ÜST-ü koronavirus epidemiyasının miqyasını Çinin maraqları çərçivəsində gizlətməkdə günahlandırmışdı.
banner

Oxşar Xəbərlər