• cümə, 29 Mart, 17:13
  • Baku Bakı 14°C

ABŞ Yaxın Şərqə əlavə 1500 hərbçi göndərib

25.05.19 16:00 468
ABŞ Yaxın Şərqə əlavə 1500 hərbçi göndərib
ABŞ İranın yaratdığı təhlükənin qarşısını almaq məqsədilə Yaxın Şərqə 1500 hərbçi göndərib.
AZƏRTACxəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan özünün "Twitter” hesabında yazıb. Onun sözlərinə görə, bölgəyə göndərilən hərbçilər ABŞ-ın maraqlarını qoruyacaqlar.
İran mətbuatı isə qeyd edir ki, Ağ Ev regionda hərbi-siyasi vəziyyəti gərginləşdirməyə çalışır. Yaxın Şərq ABŞ sərhədlərindən minlərlə kilometr məsafədə yerləşir. Bu regionda ABŞ-ın milli maraqları yox, dünyaya hegemonluq etmək marağı var.
Qeyd etmək lazımdır ki, hər iki tərəf rəsmi səviyyədə müharibənin baş verməsini arzuolunmaz hesab edir. Buna baxmayaraq, həm rəsmi Tehran, həm də Vaşinqton regiondakı hərbçilərinin sayını artırır və hərbi təchizatı gücləndirirlər.
banner

Oxşar Xəbərlər