• cümə axşamı, 28 mart, 20:48
  • Baku Bakı 13°C

ABŞ və Rusiya qarşılıqlı ittihamlar irəli sürüblər

24.08.19 15:00 5488
ABŞ və Rusiya qarşılıqlı ittihamlar irəli sürüblər
1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış Orta və qısa mənzilli raketlərin ləğv olunması haqqında Müqavilə silahlanmanın və yeni təhlükəli silahların hazırlanması qarşısında çox az maneələrdən biri idi və "soyuq müharibə”nin başa çatmasında mühüm rol oynayıb.AZƏRTACBMT-nin saytına istinadla xəbər verir ki, bu fikri təşkilatın Təhlükəsizlik Şurasının Çin və Rusiyanın tələbi ilə çağırılan iclasında BMT-nin silahlanmaya qarşı Ali nümayəndəsi İsumi Nakamitsu səsləndirib.
Ali nümayəndə qeyd edib ki, həmin müqavilənin ləğvi heç kimin qarısını ala bilməyəcəyi yeni silahlanmanın və raket texnologiyalarının daha geniş yayılmasının katalizatoru rolunu oynaya bilməz. O, BMT baş katibinin adından bütün dövlətləri dünyadakı onsuz da kövrək olan vəziyyətin gərginləşməsi üzrə addımlardan çəkinməyə və mümkün qədər tez bir zamanda silahlanma üzərində yeni beynəlxalq nəzarətin mexanizmlərini axtarmağa çağırıb. Nakamitsu vurğulayıb ki, Raket texnologiyaları üzərində nəzarət mexanizmi və ballistik raketlərin yayılmasının qarşısının alınması üzrə Haaqa məcəlləsi indiki vəziyyətdə kifayət etmir.
BMT TŞ-nin iclasında Rusiya və ABŞ-ın təşkilatın yanında daimi nümayəndələri qarşılıqlı ittihamlar səsləndiriblər. Rusiya nümayəndəsi Dmitri Polyanski Avropa ölkələrinə müraciətlə deyib ki, onlar ABŞ-ın raket texnologiyalarını öz ərazilərində yerləşdirməyə imkan verməməlidir. O, Birləşmiş Ştatların silahlanmanın yeni mərhələsi ilə bağlı hərəkətlərinə adekvat cavab verəcəklərini də bildirib.
ABŞ-ın BMT yanında daimi nümayəndəsinin vəzifəsini icra edən Conatan Koen isə bəyan edib ki, Rusiya uzun illər ərzində Orta və qısa mənzilli raketlərin ləğv olunması haqqında Müqavilənin şərtlərini pozub, raket qurğularını inkişaf etdirib və sınaqdan keçirib. O, buna misal olaraq 9M729 raket sistemini göstərib və əlavə edib ki, Moskva bu silahlarla təchiz olunmuş batalyonlar da yaradıb. Amerikalı diplomat qeyd edib ki, Rusiya bununla bağlı Vaşinqtonun müraciətlərinə məhəl qoymayıb və ABŞ müqavilədən çıxmağa məcbur olub. O, həmçinin Rusiya və Çinin Amerikada qanadlı raketlərin sınaqları ilə bağlı etirazlarını da rədd edib və bildirib ki, Birləşmiş Ştatların bu addımı özünün və müttəfiqlərinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə bağlıdır.
banner

Oxşar Xəbərlər